İranda sel və daşqınlar baş verir: 5 vilayət təhlükədədir

DÜNYA bölməsi

16:43 - 19 Mart 2024

 İranda sel və daşqınlar baş verir: 5 vilayət təhlükədədir

İranda su səviyyəsinin qəfil qalxmasından və güclü yağıntılardan sonra ölkənin beş vilayəti sel təhlükəsi ilə üzləşib.

Yenipress.az xəbər verir ki, bu barədə ölkənin Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi məlumat verib.

Məlumata əsasən, Xuzistan, Elam, Lorestan, Çaharmahal, Bəxtiyari, Kuhgiluye və Boyar Əhməd əyalətlərinin təhlükəli ərazilər olduğu və güclü yağışdan təsirlənəcəyi bildirilib.

Həmçinin şəhərlərarası və şəhərdaxili gediş-gəlişdə ciddi problemlər yaranacağı, elektrik xətlərində zədələnmələr, bəzi çay yatağında yerləşən obyekt və müvəqqəti  tikililərin güclü küləkdən dağılma ehtimalı barədə xəbərdarlıq olunub.

Rəsmi qurumlar edilən xəbərdarlıqlara ciddi yanaşmağı xalqa tövsiyə edib.

Xəbər xətti