BMT təsdiqlədi: İranda 551 etirazçı öldürülüb

DÜNYA bölməsi

12:40 - 19 Mart 2024

 BMT təsdiqlədi: İranda 551 etirazçı öldürülüb

İran rəsmilərinin 2022-ci ilin ümumxalq aksiyalarında iştirak edən etirazçılara qarşı repressiyaları bəşəriyyətə qarşı cinayətdir.

Yenipress.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Faktaraşdırıcı Komitəsinin rəhbəri Sara Hüseyn Cenevrədə keçirilən toplantıda deyib.

“Bu repressiyalar qadınlara, qızlara və insan haqlarını müdafiə edən digər insanlara qarşı geniş və sistemli hücum kontekstində həyata keçirilib. Ona görə də bu ciddi insan hüquqları pozuntularının bəziləri insanlığa qarşı cinayət səviyyəsindədir”, - Sara Hüseyn bildirib.

Qeyd edək ki, BMT-nin Faktaraşdırıcı Komitəsi bir neçə gün əvvəl İranda 2022-ci ilin sentyabr ayından başlayan etirazlara dair ilk hesabatını yayıb. Komitə insan haqları təşkilatlarının İran hökumətinin etirazçıları güllələməsi barədə statistikasını təsdiqləyib. Faktaraşdırıcı Komitə qeyd edib ki, təhlükəsizlik qüvvələri tərəfindən 551 etirazçı öldürülüb, onlardan azı 49-u qadın, 68-i uşaqdır.

Xəbər xətti