İsrail Suriyada hərbi obyektləri hədəf aldı

DÜNYA bölməsi

13:35 - 19 Mart 2024

 İsrail Suriyada hərbi obyektləri hədəf aldı

İsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşqə hava hücumu həyata keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, İsrailin raket hücumları Dəməşq ətrafındakı bir neçə hərbi bölgəni hədəf alıb və bu hücumlar maddi ziyanla nəticələnib.

Suriya HHM qüvvələri raketlərin bir neçəsini məhv edib.

Xəbər xətti