Qruplaşmadan qaçan Hizbullah üzvü sərhəddə yaxalandı

DÜNYA bölməsi

14:00 - 18 Mart 2024

 Qruplaşmadan qaçan Hizbullah üzvü sərhəddə yaxalandı

ABŞ Sərhəd Xidməti Meksika sərhədi yaxınlığında Hizbullahın partlayıcı hazırlamağa çalışan üzvünü ələ keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat verib.

Məlumata əsasən, adı Basel İbadi olan bu 22 yaşlı şəxs 7 il Hizbullahda təlim keçdiyini və yaxalanmazdan əvvəl bomba hazırlamağa çalışdığını etiraf edib.

Həmçinin digər bir izahatında qrup üzvü insanları öldürmək istəmədiyi üçün Livandan və HƏMAS-dan qaçmağa çalışdığını vurğulayıb.

 

Xəbər xətti