İsrail bu müddət ərzində 4500 Hizbullah hədəfi vurub

GÜNDƏM bölməsi

13:11 - 13 Mart 2024

 İsrail bu müddət ərzində 4500 Hizbullah hədəfi vurub

İsrail ordusu Qəzza müharibəsi başlayandan bəri son 5 ay ərzində Livan və Suriyada Hizbullaha aid 4500-ə yaxın hədəfi bombalayıb.

Yenipress.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata əsasən, bu əməliyyatlarda qruplaşmanın 300 üzvü öldürülüb və 750-dən çoxu yaralanıb. Həlak olanlar arasında 5 yüksək rütbəli komandirin olduğu vurğulanan məlumatda bildirilib ki, İsrail Hizbullaha aid bir çox hərbi infrastrukturu məhv edib:

“Hizbullahın hücum fəaliyyəti üçün nəzərdə tutulan hərbi strukturlar, silah anbarları, operativ komandanlıq və idarəetmə mərkəzləri də daxil olmaqla, İsrailə yer-yer raketləri və tank əleyhinə raketlər yönləndirən onlarla terror obyekti hədəfə alınıb və məhv edilib”.

Xəbər xətti