Azərbaycan ultimatum verdi, ardınca Ordusu girəcək - Danielyan

GÜNDƏM bölməsi

12:15 - 13 Mart 2024

 Azərbaycan ultimatum verdi, ardınca Ordusu girəcək - Danielyan

Nikol Paşinyanın mətbuat konfransının əsas məqsədi Ermənistanın ərazisinin 29 min 800 kvadrat kilometr yox, daha az olduğunu söyləmək olub. Üstəlik, mətbuat konfransı keçirmək çox güman ki, onun deyil, Azərbaycan Prezidentinin qərarıdır.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Danielyan bildirib ki, Azərbaycan dörd anklavın dərhal verilməsini tələb edir:

“Aydındır ki, bu ultimatumdur, yəni bu bəyanatdan sonra hadisələr gələcək, Azərbaycan böyük ehtimalla bu ərazilərə hərbi yolla girəcək. Mövcud hakimiyyətin davranışını nəzərə alsaq, müqavimət olacağını düşünmürəm. Paşinyanın mətbuat konfransı bu ultimatuma reaksiyadır. Paşinyan bu ərazilərin təhvil verilməsi üçün zəmin hazırlayır, ona görə də bu gün mətbuat konfransı təşkil edib. Güman edirəm ki, qapalı iclaslarda vaxt istəyib, bəlkə də deyib ki: gözləyin, açıqlama verəcəm ki, hər şey qanuni yolla olsun. Yəni Paşinyan Azərbaycan gündəminə tabe olur və onların tələblərini yerinə yetirir”.

Xəbər xətti