ABŞ İranda yerləşən silahlı qruplaşmaya sanksiya tətbiq etdi

SİYASƏT bölməsi

12:11 - 13 Mart 2024

 ABŞ İranda yerləşən silahlı qruplaşmaya sanksiya tətbiq etdi

ABŞ Bəhreyn hökuməti ilə kordinasiyalı şəkildə "Əl-Əştər" silahlı qruplaşmasının İrana sığınan 4 rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

2018-ci ildə ABŞ Dövlət Departamenti "Əl-Əştər" silahlı dəstəsini terrorçu qruplar siyahısına daxil edib və sonrakı illərdə bu qrupun İranla əlaqələrini xüsusi vurğulayıb.

Qeyd edək ki, Bəhreyn dövləti terror aktları törətdiyinə görə 2018-ci ildə radikal şiələrdən təşkil olunan “Əl-Əştər” qruplaşmasına qarşı əməliyyatlar keçirib. Bundan sonra qruplaşmanın bir çox üzvü İrana sığınıb və hazırda İran hökumətinin dəstəyi ilə fəaliyyət göstərir.

Xəbər xətti