Antonov 300 milyon dollarlıq yardımdan danışdı

DÜNYA bölməsi

12:09 - 13 Mart 2024

 Antonov 300 milyon dollarlıq yardımdan danışdı

Ağ Evin ABŞ Konqresinə Ukraynaya yardım üçün vəsait ayrılması tələbi həm ABŞ-ın özü, həm də dünyanın qalan hissəsi üçün dağıdıcıdır.

Yenipress.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi barədə danışarkən deyib.

“Bəzi yüksək rütbəli məmurlar elə düşünür ki, ukraynalılara Krımın içərisinə daha dərindən zərbə endirmək üçün kömək etmək lazımdır. Burda ABŞ-ın Ukrayna münaqişəsində faktiki iştirakı rəsmi səviyyədə etiraf olunur. Lakin bu həm ABŞ, həm də , bütün dünya təhlükəsizliyi üçün gözlənilməz nəticələrə səbəb ola biləcək təhlükəli addımdır”,- o bildirib.

Xəbər xətti