Şərqi Azərbaycanda yüzlərlə insan yaralandı

TOPLUM bölməsi

11:15 - 13 Mart 2024

 Şərqi Azərbaycanda yüzlərlə insan yaralandı

İlin son çərşənbələri şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə nəticəsində Şərqi Azərbaycan əyalətində 400 nəfər yaralanıb, 1 nəfər ölüb və bir nəfərin əli amputasiya edilib.

Yenipress.az xəbər verir ki, bu barədə əyalətin Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri bildirib.

O, ən çox yaralı sayının Təbriz, Vərziqan və Üskü şəhərlərində qeydə alındığını deyib.

Yaralılardan 70-nin vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdiriliblər.

Xəbər xətti