130 milyard qoyub, ildə 1,5 milyard götürmək uğurdur?

İQTİSADİYYAT bölməsi

10:50 - 13 Mart 2024

 130 milyard qoyub, ildə 1,5 milyard götürmək uğurdur?

İqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib ki, 2023-cü ildə regionlardan 1,5 mlrd. manat vergi yığılıb və bunu ciddi uğur kimi təqdim edib. Cənab Cabbarov bir neçə həftə oncə demişdi ki, son 20 ildə regionlara 105 mlrd. manat (təqribən, 130 mlrd. dollara yaxın) investisiya qoyulub – təsəvvür edin ki, regionlara 105 mlrd. manat sərmayə qoyulub, ildə cəmi 1,5 mlrd. manat vergi yığlılır.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Bundan başqa, 2023-cü ildə ƏDV daxil fiziki və hüquqi şəxslərin ödədiyi vergi 17 mlrd. manata yaxın olub (hələ mən kiçik həcmli torpaq, mədən və s. vergi daxilolmalarını saymıram). Yəni bu boyda ölkədə regionların vergi daxilolmalarında payı 9% civarındadır – regionların “inkişafını” göstərən əsl mənzərə parklar deyil də, məhz budur”, - o bildirib.

Xəbər xətti