Avstraliyadan qalxan təyyarədə 50 sərnişin xəsarət aldı

DÜNYA bölməsi

15:17 - 12 Mart 2024

 Avstraliyadan qalxan təyyarədə 50 sərnişin xəsarət aldı

Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə gedən təyyarədə uçuş zamanı güclü sarsıntı olub.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, “LATAM” Hava Yollarına məxsus Boeinq 787 təyyarəsinin qəfil güclü silkələnməsi nəticəsində azı 50 sərnişin xəsarət alıb. 10 sərnişin və 3 ekipaj üzvü xəstəxanaya yerləşdirilib.

Hazırda yaralılardan birinin vəziyyəti ağır, qalan sərnişinlərin vəziyyəti isə orta-yüngül qiymətləndirilir.

Qeyd edək ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Xəbər xətti