Paşinyan: Ermənistan KTMT-dən çıxacaq!

SİYASƏT bölməsi

14:04 - 12 Mart 2024

 Paşinyan: Ermənistan KTMT-dən çıxacaq!

KTMT İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab verməsə, Ermənistan təşkilatdan çıxacaq.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan KTMT-dən ölkənin Azərbaycanla sərhədində sülhməramlılarını yerləşdirməyə hazır olduğuna dair təminat alıb, lakin təşkilat respublikadakı məsuliyyət sahəsini göstərməyib:

“Bir sualımız var: sülhməramlılar neytral tərəfdir, KTMT isə bizim təşkilatımızdır. Burada uyğunsuzluqlar yaranır, Ermənistanın suveren ərazisi KTMT üçün “qırmızı xətt”dirsə, onda göstərin görək sizin anlayışınızda Ermənistanın suveren ərazisi necədir. İrəvanın suveren ərazisini göstərməyiblər. Və bu gün bu məsələ masa üstündədir. KTMT bu suala cavab versə və cavab bizim ideyalarımıza uyğun gəlsə, bu, Ermənistanla təşkilat arasındakı məsələlərin bütün sonrakı nəticələrlə öz həllini tapması demək olacaq. Əks halda, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt, deyə bilmərəm”.

Xəbər xətti