Paşinyan: Bu məsələni Əliyevlə razılaşdırmışıq

GÜNDƏM bölməsi

13:23 - 12 Mart 2024

 Paşinyan: Bu məsələni Əliyevlə razılaşdırmışıq

İtkin hərbi qulluqçuların tezliklə geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında çoxdan razılaşma var.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu razılaşma 2018-ci ildən əvvəl və sonra pozulub. Daha doğrusu, pozulan razılaşma yox, onun qavranılması, tərəflərin vəziyyətlə bağlı müxtəlif təsəvvürləri olub. Biz Azərbaycan Prezidenti ilə razılığımızı bir daha təsdiqlədik ki, kimsə itibsə və cinayət əməli törətməyibsə, geri qaytarılacaq”, - Paşinyan bildirib.

Xəbər xətti