Çin, Rusiya və İran qlobal nizama meydan oxuyur - ABŞ

DÜNYA bölməsi

11:55 - 12 Mart 2024

 Çin, Rusiya və İran qlobal nizama meydan oxuyur - ABŞ

Vaşinqton Çin, Rusiya və İranın qlobal nizama və ABŞ üstünlüyünə meydan oxumasından dərin narahatlıq keçirir.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat agentliklərinin Senata təqdim etdiyi illik hesabatda bildirilib.

“İddialı, lakin narahat Çin, düşmən Rusiya və İran kimi bəzi regional güclər həmçinin daha güclü qeyri-dövlət aktorları beynəlxalq sistemin çoxdankı qaydalarına, eləcə də ABŞ-ın prioritetlərinə meydan oxuyur”, - məlumatda bildirilib.

Həmçinin hesabatda xəbərdarlıq edilib ki, Çin ABŞ-da builki prezident seçkilərinə təsir etmək üçün müxtəlif texnologiyadan istifadə edə bilər.

Xəbər xətti