Zaxarova: Fransa bu iflasını Qafqazla kompensasiya etməyə çalışır

GÜNDƏM bölməsi

10:20 - 11 Mart 2024

 Zaxarova: Fransa bu iflasını Qafqazla kompensasiya etməyə çalışır

Fransa Afrika siyasətinin iflasa uğramasından sonra Qarabağda sülhməramlı obrazı yaratmağa çalışır.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Fransa Afrika siyasətinin iflasa uğraması fonunda Qafqazda fəallığını artırıb ictimai-siyasi şüurda uğursuzluğunu bir növ kompensasiya etməyə çalışır. Başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Ölkəmiz bütün sülhməramlı rolunu öz üzərinə götürdü və hətta Qarabağın nizamlanması kontekstində də vasitəçi kimi işini gördü. İndi ən çətin mərhələ başa çatdıqdan sonra Fransa NATO üzvü kimi ora gəlib Rusiyanın gördüyü işlərin fonunda hər şeyi öz adına çıxmağa çalışacaq”.

Xəbər xətti