Hərbi qulluqçumuz yaralandı - Son dəqiqə

TOPLUM bölməsi

10:53 - 9 Mart 2024

 Hərbi qulluqçumuz yaralandı - Son dəqiqə

Mart ayının 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Elvin Bəxtiyar oğlu Nəsibli silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

Bu barədə Yenipress.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat verib.

Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb və Hərbi Prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Xəbər xətti