Naxçıvanda nə baş verir: bir ildə 50 min nəfər…

GÜNDƏM bölməsi

20:56 - 7 Mart 2024

 Naxçıvanda nə baş verir: bir ildə 50 min nəfər…

Dövlətin rəsmi məlumatlarına görə, 2023-cü il yanvarın 1-nə Naxçıvanda 110 min 261 muzdlu işçi olub, bu ilin, 2024-cü ilin əvvəlinə isə muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 59 min 612 nəfərə düşüb.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, ən çox azalma özəl sektordadır:

“Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 72 min 645 nəfərdən 23 min 190 nəfərə düşüb.

Bu qədər iş yerləri niyə bağlanıb? Nədən özəl sektorda rəsmi işçilərin sayı birdən-birə 3 dəfədən çox azalıb?! Belə çıxır ki, Naxçıvanın bütün özəl sektoru Talıbovların əlində olub, onların obyekt və biznesləri bağlanan kimi 49455 nəfər işsiz qalıb?! Bütün Naxçıvan onlara işləyirmiş?! Bu qədər işsiz insanın aqibəti necə olub bəs?!”

Xəbər xətti