Dava yerinə gələn polis öldürüldü

DÜNYA bölməsi

15:17 - 6 Mart 2024

 Dava yerinə gələn polis öldürüldü

İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Yasuc şəhərində silahlı qarşıdurma olub.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, şəxsi münaqişə zəminində baş verən hadisə yerinə polis çağırılıb.Çağırılan polislərdən biri öldürülüb, digəri isə yaralanıb.

Polislərin və atəş açan şəxsin kimliyi barədə açıqlama verilməyib.

Polisləri güllələyən şəxsin hadisə yerindən qaçdığı, saxlanılması üçün tədbir görüldüyü deyilir.

Xəbər xətti


Digər xəbərlər