Ağ Ev: Husilər günahsız mülki insanları hədəf aldı

DÜNYA bölməsi

11:40 - 7 Mart 2024

 Ağ Ev: Husilər günahsız mülki insanları hədəf aldı

Bu gün husilər beynəlxalq ticarət gəmilərinə qarşı ehtiyatsız hücumlarını davam etdirərək, günahsız mülki insanları qətlə yetirib.

Yenipress.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

“Bu hücum təkcə qlobal ticarəti pozmadı, həm də beynəlxalq dənizçilərin həyatı bahasına başa gəldi. Bunun dünya üçün nəticələri var”, - o bildirib.

Qeyd edək ki, ötən gün husilər Barbados bayrağı altında üzən "True Confidence" yük gəmisinə hücum edib. Bu hücumda 3 dənizçi həlak olub, gəminin ekipajından daha 4 nəfər isə yaralanıb.

Xəbər xətti


Digər xəbərlər