Ukrayna PUA-sı Rusiya yanacaq anbarını vurdu

DÜNYA bölməsi

13:27 - 6 Mart 2024

 Ukrayna PUA-sı Rusiya yanacaq anbarını vurdu

Səhər saatlarında Voronej vilayətində üç pilotsuz təyyarə vurulub.

Yenipress.az xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Qusev Teleqramda yazıb.

Qusev bildirib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Kursk qubernatoru Roman Starovoyt isə qeyd edib ki, bölgənin şimal-qərbindəki Jeleznoqorsk rayonunda Ukraynaya məxsus PUA hücumu nəticəsində yanacaq və sürtkü materialları anbarında yanğın baş verib:

“Yanacaq çəni yanır, xəsarət alan yoxdur. Aidiyyəti qurumlar  hadisə yerindədir”.

Belqorodun qubernator Vyaçeslav Qladkov da bildirib ki, vilayət yaxınlığında, hava hücumundan müdafiə sistemi Blijnoe kəndi ərazisində təyyarə tipli PUA-nı vurub:

“Hadisənin nəticələri barədə məlumatları dəqiqləşdirir, ilkin məlumatlara görə, itki və dağıntı yoxdur”.

Xəbər xətti