Nicata hökm oxundu

TOPLUM bölməsi

10:10 - 7 Mart 2024

 Nicata hökm oxundu

10:06

"Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Daha sonra prosesdə Nicar Şakirli son sözlə çıxıb edib. O, çıxışında ölən dostunun ailəsindən üzr istəyir:

"Allah onsuz mənim cəzamı verib. Dostumun ailəsindən üzr istəyirəm. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Ölən şəxs öz qardaşımdan seçilmir. Veriləcək hər cəzanı da çəkməyə hazıram".

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

***

 

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti


Digər xəbərlər