Toplum TV-də əməliyyat: kimlər və niyə saxlanıldı? - Siyahı

GÜNDƏM bölməsi

22:43 - 6 Mart 2024

 Toplum TV-də əməliyyat: kimlər və niyə saxlanıldı? - Siyahı

Xəbər verdiyimiz kimi, Toplum TV-nin Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli-98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Yenipress.az xəbər verir ki, əməliyyat nəticəsində Toplum TV-nin əməkdaşları - Cavid Ramazanov, Pərvanə Qurbanlı, Araz Əliyev, Elmir Abbasov, Taleh Bədəlov, Cəmilə Əzimova, Gülyetər Mahmudova, Fidan Əlicanova, Alya Ağayeva, Fərid İsmayılov, Sadiq Qurbanov, Müşfiq Cabbarov və Ruslan İzzətli saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətiriliblər.

Bunlardan Araz Əliyev, Elmir Abbasov və Ruslan İzzətli “Üçüncü respublika platforması” adlı qurumun üzvləridir, Toplum TV ilə əməkdaşlıq edirlər, digərləri isə internet kanalın əməkdaşlarıdır.

Bildirilir ki, “Üçüncü respublika platforması”nın spikeri Akif Qurbanov və jurnalsit Fərid İsmayılovun mənzilində də axtarış aparılıb. Fərid İsmayılovun evindən 3100 avro pul çıxıb, Akif Qurbanovun evində axtarış davam edir.

Saxlanılanlardan bəzilərinin buraxıldığı bildirilir.

Xəbər xətti