Erməni təyyarəsi İran səmasında alovlandı

DÜNYA bölməsi

17:10 - 6 Mart 2024

 Erməni təyyarəsi İran səmasında alovlandı

İrəvan Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi ada hava limanından qalxdıqdan sonra texniki nasazlıq olub və mühərriklərindən biri sıradan çıxaraq alov alıb.

Yenipress.az xəbər verir ki, bu barədə Kiş hava limanının baş direktoru Nəsrullah Zamani məlumat verib.

“Hazırda təyyarə adanın səmasında təhlükəsizlik protokollarından keçir və eniş üçün qazını boşaldır”, - o bildirib.

Qeyd edək ki, 165 sərnişininin səhhətində heç bir problem olmadığı vurğulanıb.

Xəbər xətti


Digər xəbərlər