İrəvan Bakının tələbini yerinə yetirdi, Marukyan istefaya göndərildi

SİYASƏT bölməsi

11:15 - 6 Mart 2024

 İrəvan Bakının tələbini yerinə yetirdi, Marukyan istefaya göndərildi

İrəvan ətrafında baş verən ciddi geosiyasi hadisələr fonunda Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan bu yaxınlarda istefa məktubu yazdığını bəyan edib. Keçmiş səfir getməsinin səbəblərini açıqlamayıb, sadəcə olaraq postunda xarici siyasət məsələlərində mövcud hakimiyyətlə fikir ayrılıqlarının olduğuna eyham vurub.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

“Əsas səbəb Marukyanın Paşinyan hökumətinin təklif etdiyi sülh gündəmini tam uğursuzluq hesab etməsidir. Marukyan bu məsələni Nikolun qarşısında qaldıraraq deyib ki, danışıqlarda irəliləyiş yoxdur və sülh gündəmi irəli getmir. Əvəzində Bakı Ermənistana birtərəfli tələblər irəli sürür, o isə bunu yerinə yetirir. Marukyan yaxınlarına bildirib ki, onun getməsinin səbəblərindən biri İrəvanın Azərbaycanın daha bir tələbini yerinə yetirməsi, yəni bütün beynəlxalq məhkəmələrdən Bakıya qarşı qaldırılan iddiaları geri götürməyə razı olmasıdır. Üstəlik, bu razılaşma əvvəllər iki ölkə arasında qarşılıqlılıq prinsipi əsasında əldə edilib, lakin Azərbaycan bunu pozaraq iddialarından əl çəkməyib, Paşinyan isə Ermənistan rəsmilərinə Bakıya qarşı iddialardan imtina edən bəyanatlar hazırlamağı tapşırıb”, - məlumatda deyilir.

Nəşrin əldə etdiyi məlumata görə, Marukyanın getməsinin səbəblərindən biri də Xocalıda törədilən soyqırımla bağlı (orada ermənilərin mülki azərbaycanlıların soyqırımında iştirakını inkar edirdi – red.) yazdığı yazı olub:

“Bundan sonra ona Mirzoyanın göstərişi ilə Ermənistan Xarici İşlər Nazirliyindən zəng edilib və bir daha belə yazılar yazmağı qadağan edən töhmət verilib”.

Üstəlik, mənbələrimizə görə, Marukyanın istefası ilə bağlı eyhamı Paşinyan deyil, Xarici İşlər Nazirliyi verib:

“Bütün bu hadisələr Marukyanın “İşıqlı Ermənistan” partiyasında da ehtirasları artırdı. İş o yerə çatıb ki, partiya üzvləri Marukyandan ya səfir, ya da partiya sədri vəzifəsindən istefa verməsini tələb ediblər. Partiya bildirib ki, bu iqtidarın tabeliyində vəzifə tutmaq onlara ancaq ziyan vurur və bir çox məsələlərdə indiki iqtidarla razılaşmasalar da, bu haqda danışa bilmirlər, əsl müxalifət kimi çıxış edə bilmirlər. Nəticədə Marukyan Ermənistanın xüsusi məsələlər üzrə səfiri vəzifəsindən istefa vermək qərarına gəlib”.

Xəbər xətti