Səfər Mehdiyev özünə şirkət qurdu

TOPLUM bölməsi

09:47 - 6 Mart 2024

 Səfər Mehdiyev özünə şirkət qurdu

Ötən ilin mayında işdən çıxarılan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.

Yenipress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” MMC-nin qanuni təmsilçisi və direktoru olub.

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.

Məlumata görə, şirkət Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.

Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.

Xəbər xətti