ABŞ iranlı casusu axtarışa verdi

DÜNYA bölməsi

17:40 - 5 Mart 2024

 ABŞ iranlı casusu axtarışa verdi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkə rəsmilərinə sui-qəsd etmək üçün muzdluları işə cəlb etməkdə təqsirləndirilən İran agenti Məcid Dəstcani Fərahanini axtarışa verib.

Yenipress.az xəbər verir ki, bu bardə “Semapfor” internet portalı məlumat yayıb.

Məlumata əsasən, 42 yaşlı Məcid Fərahani SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin intiqamını almaq və ABŞ-da ibadət yerləri, iş yerləri və digər diqqət mərkəzində olan obyektlərdə müşahidə fəaliyyətini həyata keçirmək üçün insanları işə götürüb.

Onun İran və Venesuela arasında müntəzəm səfərlər etdiyi bildirilib.

Xəbər xətti