İran qadınların edamına görə birinci yerdədir - Hesabat

DÜNYA bölməsi

17:15 - 5 Mart 2024

 İran qadınların edamına görə birinci yerdədir - Hesabat

İran qadınların edamına görə dünya üzrə birinci yerdədir.

Yenipress.az xəbər verir ki, bu barədə martın 5-i insan haqları ilə bağlı Parisdə keçirilən mərasimdə təqdim olunan 146 səhifəlik hesabatda bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə İran hökuməti 22 qadın məhkumu edam edib.

Hesabatda 2010-2023-cü illər arası İran həbsxanalarında ümumilikdə 210 qadının dar ağacından asıldığı vurğulanıb.

İnsan haqları müdafiəçiləri 2023-cü ildə İran həbsxanalarında 834 məhbusun edam edildiyini, bunun 709 nəfərinin, yəni 85 faizinin hökumət tərəfindən rəsmi olaraq elan edilmədiyini bildiriblər.

Qeyd edək ki, martın 4-də BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda edam sayının 2022-ci il ilə müqayisədə 43 faiz artdığını açıqlayıb.

Xəbər xətti


Digər xəbərlər