Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş - Foto

TOPLUM bölməsi

10:36 - 5 Mart 2024

 Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş - Foto

Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, idarə etdiyi “BMV X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.

Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib.

Qeyd edək ki, “BMV X5” əvvəlcə öz yolu ilə gedən maşınla toqquşub, daha sonra yoldan çıxaraq hasara və ağaca çırpılıb.

C.Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb. Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, “VAZ 2106”da olanlar - 22 yaşlı İdris Rahib oğlu Orucov və 22 yaşlı Ələkbər Ələsdan oğlu Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan R.Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər xətti