İtin dişlədiyi uşaqla bağlı - Açıqlama

TOPLUM bölməsi

15:52 - 4 Mart 2024

 İtin dişlədiyi uşaqla bağlı - Açıqlama

"Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında baş vermiş it dişləməsi hadisəsi ilə gətiririlən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti hələ də ağır olaraq qalır. Onun bədənində müxtəlif ölçülü dişlənmiş, cırılmış yaralar müəyyən olunub.

Bu sözləri Yenipress.az-a 9 yaşlı oğlan uşağının müalicə olunduğu Kliniki Tibbi Mərkəzin məbtuat xidmətinin rəhbəri Ruzbeh Məmməd xəstənin hazırkı durumu ilə bağlı son məlumatı verərkən deyib.

Onun sözlərinə görə, azyaşlının vəziyyətində müsbət dinamika müşahidə edilmir, reanimasiyada müalicəsi davam etdirilir.

“Hələki vəziyyət dəyişməyib. Gələn kimi peyvəndləri dərhal vurulub. Yırtıcılar tərəfindən belə hadisəyə uğramış vətəndaş xəstəxanaya gətirilən kimi quduzluq əleyhinə vaksinlənir. Klinikamızda hər bir təchizat var. Lakin ailəsinin qərarından asılı olaraq özəl xəstəxanaya yerləşdirilə bilər”.

Xəbər xətti