Girov razılaşması Hizbullahla müharibəyə təsir etməyəcək

DÜNYA bölməsi

14:26 - 26 Fevral 2024

 Girov razılaşması Hizbullahla müharibəyə təsir etməyəcək

Atəşkəs və girovların azad edilməsi ilə bağlı HƏMAS ilə razılığa gəlinsə belə, İsrailin Hizbullaha qarşı mövqeyi dəyişməyəcək.

Yenipress.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“Biz məhv edilən komandirlər üçün əvəz tapa bilməyən Hizbullaha qarşı atəşin intensivliyini artırmağı planlaşdırırıq. Qəzzada müvəqqəti atəşkəs olacağı təqdirdə - şimalda atəşi müstəqil şəkildə artıracağıq və bu, Hizbullah tamamilə geri çəkilənə və sakinlər evlərinə qayıdana qədər davam edəcək”, - o bildirib.

Xəbər xətti