Bu, Türkiyədə turizmə zərbə vura bilər ​

DÜNYA bölməsi

14:43 - 26 Fevral 2024

 Bu, Türkiyədə turizmə zərbə vura bilər ​

Türkiyə Rusiyadan ödəniş köçürmələrinin həyata keçirilməsində çətinliklərə görə turizm sektorunda itki riski ilə üzləşib.

Yenipress.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzetinin köşə yazarı İsmət Özçelik yazıb.

“2024 mövsümü yaxınlaşır. Amma pul köçürmələri həyata keçirilə bilməz. Hətta yarmarkaların keçirilməsində də problemlər yaranır. Hökumət mümkün qədər tez bir həll yolu tapmalıdır. Əks halda itkilər böyük olacaq”, - o bildirib.

Qeyd edək ki, ilin əvvəlindən türk ixracatçıları Rusiyadan maliyyə köçürmələrini qəbul etməkdə problemlər yaşayır, bu, qismən Amerikanın sanksiyalar siyasəti kontekstində Türkiyəyə təzyiqi ilə bağlıdır.

Xəbər xətti