Nəcməddin Sadıqov həbsdən qoruyan qüvvə...

TOPLUM bölməsi

11:47 - 24 Fevral 2024

 Nəcməddin Sadıqov həbsdən qoruyan qüvvə...

Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla bağlı məlumat mediada yenidən intensivləşib. Generalın adı “Tərtər işi” məhkəməsində tez-tez hallandırdı.

Sonuncu dəfə o məhkəmədə ifadə verməyə çağırılıb. “Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər – Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesində yenidən N.Sadıqovun adı çəkilib. Vəkillər onun məhkəmədə ifadə verməsi üçün vəsatət qaldırıblar.Buna rəğmən o, nə məhkəmərə ifadə verir, nə də istintaqa çağrılır.

Nəcməddin Sadıqovu himayə edən qüvvə hansıdır? Rusiya, yoxsa başqa bir qüvvə?

Yenipress.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, Nəcməddin Sadıqovun adı uzun müddətdir ki, müxtəlif cinayət işlərində, korrupsiya faktlarında, hətta “Tərtər işi” məhkəmələrində belə hallanır:

“Maraqlıdır ki, bu qədər ciddi məsələlərə onun adı hallansa da həbsi reallaşmır. Məntiqlə bir proses gedirsə və o idarənin rəisi varsa, ən azından o məhkəməyə çağırılır və şahid qismində dindirilir. Amma hələlik Nəcməddin Sadıqovun hansısa məhkəməyə dəvət edilməsinin ya da dindirilməsinin şahidi olmamışıq.

Hakimlər bu gün onun adı ilə bağlı qaldırılan bütün vəsatətləri görməzdən gəlir. Hansı ki, onun çağırılmasında heç bir problem yoxdur. Yəni əgər günahı yoxdursa, çağırışa riayət edib məhkəməyə gəlib ifadəsini verməlidir.

Görünən odur ki, Nəcməddin Sadıqovu ciddi qüvvələr müdafiə edir. O, üç ildən artıqdır ki, vəzifəsindən uzaqlaşdırılıb. Yəni onun heç bir hərbi mükəlləfiyyəti yoxdur. O da sadə vətəndaşdır.

O ki qaldı onu müdafiə edən qüvvələrə, böyük ehtimalla onu Rusiya müdafiə edir. Çünki rəsmi Moskva öz adamını atmaq, dolayı yolla özünü ifşa etmək istəmir. Əgər Rusiya Sadıqovu tək qoysa bu zaman daha heç kəs ona xidmət etmək istəməyəcək”.

Xəbər xətti


Digər xəbərlər