Zelenski yeni serialda rol aldı - Video

MAQAZİN bölməsi

18:15 - 23 Fevral 2024

 Zelenski yeni serialda rol aldı - Video

Ukrayna Prezidenti Vladimir Zelenski Netfliks yayım platformasında “Dönüş nöqtəsi: bomba və soyuq müharibə” adlı yeni doqquz seriyalı serialda rol alıb.

Yenipress.az xəbər verir ki, serialın treyleri Yutubda yayımlanıb.

Sənədli serialdakı personajlar soyuq müharibənin ilkin şərtlərindən, nüvə bombasının yaradılmasından, Sovet İttifaqının dağılmasından və Rusiyanın Ukraynadakı müharibə əməliyyatından bəhs edir. Zelenskini layihənin treylerinde görmək olar, o, Rusiyanın Ukraynanı öz mülkiyyəti kimi gördüyündən danışır. Treylerdə videonun üz qabığı kimi də Zelenskinin kadrlarından istifadə edilib. Bundan əlavə, serialda NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays çəkilib. Filmin rejissoru Brayan Kippenberqer Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsini soyuq müharibənin nəticələrindən biri hesab etdiyini bildirib.

 

Xəbər xətti


Digər xəbərlər