Zahidana əlavə qüvvələr yeridildi

DÜNYA bölməsi

16:47 - 23 Fevral 2024

 Zahidana əlavə qüvvələr yeridildi

Bu gün səhər saatlarınmdan başlayaraq, Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinə əlavə polis qüvvələri və hərbi texnika yeridilib.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, xüsusən sünni bəlucların Məkki məscidi və ətraf küçələri mühasirəyə alınıb, gəliş-gedişə məhdudiyyət qoyulub.

Qeyd edək ki, bir ildən çoxdur sünni bəluclar həftəlik cümə namazından sonra etiraz aksiyası keçirirlər.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin bu gün keçirilməsi ehtimal edilən nümayişlə bağlı olduğu bildirilir.

Xəbər xətti