İsraildən xəbərdarlıq: Səbrimiz tükənir

DÜNYA bölməsi

16:34 - 23 Fevral 2024

 İsraildən xəbərdarlıq: Səbrimiz tükənir

İsrail BMT Təhlükəsizlik Şurasına İranın Hizbullaha silah verməsi barədə xəbərdarlıq edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Yerusəlim Post”nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, İsrail xarici işlər naziri İsrail Katz BMT-yə məktub ünvanlayaraq, Qəzzada müharibə başlayandan bəri İranın Suriya vasitəsilə Hizbullaha silah daşınmasını sürətləndirdiyinə dair xəbərdarlıq edib:

“Son aylar İsrail çoxsaylı cəbhələrdə davam edən silahlı münaqişə ilə məşğul olarkən, İran Hizbullaha silah ötürməni sürətləndirir. Suriya-Livan sərhəddində hava, dəniz və quru yollarından istifadə edərək Tehranın bu addımı atması BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini kobud şəkildə pozur”.

Xəbər xətti


Digər xəbərlər