Markov: Bu, Rusiyanın Gümrüdən çıxarılmasına hazırlıqdır

SİYASƏT bölməsi

16:17 - 23 Fevral 2024

 Markov: Bu, Rusiyanın Gümrüdən çıxarılmasına hazırlıqdır

Paşinyan və Makron, əslində, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Cənubi Qafqazda Fransa hərbi bazaları yaratmaq üçün plan hazırlayıb.

Yenipress.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Ermənistan KTMT üzvlüyünü dondurur, bu barədə Ermənistanın başçısı Paşinyan bəyan edib. Nikol həmçinin bəyan edib ki, Rusiya hərbçiləri Ermənistanda Rusiya vətəndaşlarını qaçıraraq Gümrüdəki Rusiya hərbi bazasında gizlədirlər. Bu, hələ 19-cu əsrdə Ermənistanın olmadığı vaxtlarda yaradılan Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Paşinyan bunu Makronla danışıqlardan sonra Fransa televiziyasında deyib. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir. Paşinyan və Makron mahiyyətcə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Cənubi Qafqazda Fransa hərbi bazaları yaratmaq üçün plan hazırlayıb. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər