İranda quraqlıq kəskinləşdi

DÜNYA bölməsi

16:08 - 23 Fevral 2024

 İranda quraqlıq kəskinləşdi

İranın cənub və mərkəzi bölgələrində quraqlıq müddətinin çoxaldığını və daha da gücləndiyini görürük.

Yenipress.az xəbər verir ki, bu sözləri İran İqlim və Quraqlıq Böhranı İdarəçiliyi üzrə Milli Mərkəzin sədri Əhəd Vəzifə “İran iqliminin problemləri” üzrə keçirilmiş seminarda deyib.

“Dünyanın istiləşməsi ilə ölkədə quraqlıqlar ötən vaxtlara nisbətən daha tez başlayır, gücü və miqyası artır. İqlim dəyişikliyi ilə quraqlıq bölgələr daha quraqlı, sulu ərazilər isə daha da sulu olur. Bu məsələ İran üçün də aktualdır. Ölkədə quraqlıq 30 il öncədən başlayıb”, - o əlavə edib.

Xəbər xətti


Digər xəbərlər