Xamenei müsəlman xalqlara qarğış etdi

DÜNYA bölməsi

13:08 - 23 Fevral 2024

 Xamenei müsəlman xalqlara qarğış etdi

İranın rəhbəri Əli Xamenei İsraillə münasibətlərə görə növbəti dəfə müsəlman ölkələrinin xalqları və hakimiyyətlərinə qarğış edib.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Allah müsəlman xalqları öz hökumətlərinə sionist rejimi dəstəkləməyi dayandırmaq üçün təzyiq etmədiklərinə görə sorğu-sual edəcək”, - Xamenei deyib.

O, eləcə də islam ölkələri hökumətlərinin Quranın əmrlərinə tabe olmadıqları üçün Allah qarşısında cavab verməli olacaqlarını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Əli Xamenei Allahın onun ağzı ilə insanlarla danışdığını, dediklərinin Allahın sözü olduğunu iddia edib.

Xəbər xətti