SEPAH qorxur: seçkilər sönük keçə bilər

DÜNYA bölməsi

13:06 - 23 Fevral 2024

 SEPAH qorxur: seçkilər sönük keçə bilər

SEPAH martın 1-də İranda keçiriləcək XXII çağırış parlament seçkilərində seçici fəallığının aşağı olacağından narahatdır.

Yenipress.az xəbər verir ki, SEPAH-ın baş komandanı Hüseyn Salami bununla bağlı vətəndaşlara çağırış edib.

O, ölkənin həssas vəziyyətdə olduğunu və əhalinin seçkilərdə iştirakının vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Vətəne emruz” qəzetinin keçirdiyi rəy sorğusuna görə iranlıların 52 faizi seçkilərin nə vaxt keçiriləcəyindən məlumatsızdır.

Xəbər xətti


Digər xəbərlər