Ermənistan bu rayonları boşaldır: nə baş verir? - Video

GÜNDƏM bölməsi

12:10 - 23 Fevral 2024

 Ermənistan bu rayonları boşaldır: nə baş verir? - Video

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Geqarkunik vilayətindən İrəvana gedən yol bağlanıb.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, sakinlər yolu bağlayaraq vergi sahəsində vətəndaşın xeyrinə islahatların aparılmasını tələb ediblər.

Məlumata görə, xaricə işləməyə gedən ermənilər digər ölkələrdə əldə etdikləri gəlirdən Ermənistanda gəlir vergisi ödəməlidirlər.

Erməni mediası yazır ki, bu, onsuz da vəziyyəti pisləşmiş vətəndaşların işini bir qədər də çətinləşdirib.

“İlk baxışdan elə görünür ki, problem sırf iqtisadi xarakter daşıyır, lakin təhlükə ciddidir. Əslində, bu, Paşinyanın həyata keçirməyə çalışdığı “əhalini boşaltma” proqramından başqa bir şey deyil. Görünən odur ki, hakimiyyət ölkəni boşaltmaq, xalqı mühacirətə sövq etmək üçün hər şeyi edir və onların motivasiyası başadüşüləndir: öz torpağından bərk-bərk yapışan insanlar olmadan o torpaqdan imtina etmək, “təhvil vermək” çox asandır”, – deyə “Lurer” nəşri yazıb.

Xəbər xətti


Digər xəbərlər