Kamil Zeynallı qətldə ittiham olunur - Ermənistan DİN

GÜNDƏM bölməsi

13:03 - 21 Fevral 2024

 Kamil Zeynallı qətldə ittiham olunur - Ermənistan DİN

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​

“Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir.

Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Xəbər xətti