Ordumuza əsir düşən erməni qızın taleyi... - Video

SİYASƏT bölməsi

10:48 - 19 Fevral 2024

 Ordumuza əsir düşən erməni qızın taleyi... - Video

Səs yazısı 1:35-dən sonra başlayır. Bizimlə 1 ay 10 gün yaşadı, amma bu qədər həyəcan keçirmədi. Bu erməni qızın ata-anası yoxdur, Ermənistandan Şuşanın kəndinə – nənəsinin yanına gəlmişdi, sonra yollar bağlandığından geri qayıda bilmirdi.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Ordumuza əsir düşmüş erməni qızın taleyi barədə suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, həmin qız Şuşada 3 nömrəli internat məktəbinin yerindəki hərbi hissənin zabit kazarmasında yaşayıb.

“Lap yuxarıda öz çarpayısı vardı, həkim və tibb bacıları ilə birlikdə idi. Tez uyğunlaşdı bizə. Bekar qalmaq istəmirdi, zabit kazarmasını silib-süpürür, yataqları səliqəyə salırdı. Gülərüz qız idi. Əynindəki xəz palto (gödəkcəni) və çəkmələrini bizim zabitlərdən biri, səhv etmirəmsə, baş-leytenant Ceyhun öz pulu ilə almışdı.

Təbii ki, biz qız-qadın davası yox, torpaq davası edirdik. Ermənilər Daşaltıdakı şəhidlərimizin meyitlərini vermək istəmirdilər, ona görə də bu qızı təhvil verib 19 şəhidimizin cənazəsini aldıq”, – Azay Kərimov qeyd edib.

Xəbər xətti