F-16 ilə bağlı Türkiyə-ABŞ sazişinin icrası başlayır

DÜNYA bölməsi

16:22 - 15 Fevral 2024

 F-16 ilə bağlı Türkiyə-ABŞ sazişinin icrası başlayır

Türkiyə tərəfindən ABŞ-dan F-16 qırıcılarının alınması ilə bağlı müqavilənin icrasına iyun-iyul aylarında başlanacaq.

Yenipress.az xəbər verir ki, bu barədə TRT Türkiyə MN-dəki mənbələrə istinadən məlumat yayıb.

“Satınalmaya iyun-iyul aylarında başlanması gözlənilir. Fevralın sonuna kimi layihə ilə bağlı lazımi təkliflər və ABŞ-dan rəsmi sənədlər Türkiyəyə təqdim olunacaq. Təyyarənin istifadəsi ilə bağlı heç bir şərt irəli sürülməyib. Tərəflər F-16-nın Türkiyədə yığılması üçün də danışıqlar aparır”, - mənbə bildirib.

Qeyd edək ki, F-16 müqaviləsinin yekunlaşdırılması prosesi keçən həftənin sonunda ABŞ Konqresinin Türkiyəyə döyüş təyyarələri və təkmilləşdirmə dəstlərinin satışına etiraz etməməsindən sonra başlayıb.

Xəbər xətti


Digər xəbərlər