KTMT-də qalmaq erməni xalqının maraqlarına uyğundur – Qaluzin

DÜNYA bölməsi

15:43 - 15 Fevral 2024

 KTMT-də qalmaq erməni xalqının maraqlarına uyğundur – Qaluzin

KTMT-də qalmaq və təşkilat daxilində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə erməni xalqının və Ermənistan dövlətinin maraqlarına cavab verir.

Yenipress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanın struktur çərçivəsində bir sıra görüşləri boykot etməsi barədə danışarkən deyib.

“Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin obyektiv alternativi yoxdur. Üstəlik, strukturun üzvü olan dövlətlər İrəvana yardım göstərməyə hazır idi və hazırdır. Vaxtilə İrəvana hərbi-texniki xarakterli tədbirlər və ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı layihələr, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə KTMT monitorinq missiyasının göndərilməsi təklif olunub. Amma təəssüflər olsun ki, həmin mərhələdə bu ideya və təkliflər bəyənilmədi və həyata keçirilmədi. Cənubi Qafqazın gələcəyi bu regionun ümumi ev olduğu ölkələr tərəfindən müəyyən edilməlidir. Nə ABŞ, nə Fransa, nə də AB ölkələri belə dövlətlər kimi təsnif edilir. İrəvan son zamanlar qeyri-regional qüvvələrin, yəni qərblilərin bölgəyə sürüklənməsinə meylli olduğunu göstərir, bunu əks-məhsuldar hesab edirik. Cənubi Qafqazda Qərbin maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, davamlı sülh və sabitliyə nail olmaqda kömək etməklə deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq, onun sərhədlərinin bilavasitə yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqla bağlıdır. İrəvan KTMT ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa, bu təşkilatın gündəliyində duran məsələlərin siyasi və ekspertlər səviyyəsində konstruktiv, məhsuldar və mənalı müzakirələrə qayıtsa, bir o qədər yaxşı olar”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər