Bərzani İranın iddialarına cavab verdi

DÜNYA bölməsi

15:25 - 15 Fevral 2024

 Bərzani İranın iddialarına cavab verdi

İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani İranın MOSSAD qüvvələrinin bölgədə olması ilə bağlı iddialarının əsassız olduğunu bildirib.

Yenipress.az xəbər verir ki, o, bu barədə "Əl-Ərəbiyyə"yə müsahibəsində deyib.

“Bizim nə İsraillə, nə də heç bir MOSSAD qərargahı ilə əlaqəmiz var. Tehran bölgədə MOSSAD qüvvələrinin mövcudluğu ilə bağlı Bağdada heç bir sübut təqdim etməyib”, - Bərzani bildirib.

Qeyd edək ki, yanvarın 16-da İran İsrailin kəşfiyyat xidmətinə bağlı olduğunu iddia etdiyi Ərbil şəhərindəki binaya raket zərbəsi endirmişdi.

Xəbər xətti


Digər xəbərlər