İran gəmisi ələ keçirilərsə, qarşılıq verəcəyik - Dehqan

DÜNYA bölməsi

15:19 - 15 Fevral 2024

 İran gəmisi ələ keçirilərsə, qarşılıq verəcəyik - Dehqan

İran gəmisi ələ keçirilərsə, biz də gərəkən addımı atacağıq.

Yenipress.az xəbər verir ki, bunu İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan ABŞ-ın 520 min barrel İran neftini ələ keçirməsinə cavab olaraq deyib.

“Bunun baş verib-vermədiyini bilmirəm. Neft Nazirliyi və əlaqədar neft şirkətləri bu məsələyə münasibət bildirməlidirlər. Çünki bəzən başqa bir gəmi ələ keçirilir və bizim gəmimizlə səhv salınır. Lakin əgər İran gəmisi ələ keçirilərsə, biz qarşılıq verəcəyik”, -o bildirib.

Qeyd edək ki, ABŞ İranın terror fəaliyyətini maliyyələşdirən beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsi ilə bağlı bəyanat yayıb və bildirib ki, İrana sanksiya tətbiq etdiyi 520 min barreldən çox neft ələ keçirilib.

Xəbər xətti


Digər xəbərlər