Sırski açıqladı: Ordu geriyə çəkilir

DÜNYA bölməsi

13:03 - 14 Fevral 2024

 Sırski açıqladı: Ordu geriyə çəkilir

Ukrayna ordusu cəbhədəki kifayət qədər çətin vəziyyətə görə müdafiəyə keçir.

Yenipress.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

“Əməliyyatımızın məqsədi istehkamlarımızdan, texniki baxımdan üstünlüklərimizdən, PUA-lar, radioelektron mübarizə vasitələri, hazır müdafiə xətlərindən istifadə edərək, düşməni tükəndirmək, ona maksimum itki verməkdir. Ukrayna ordusu üçün əsas dəyər əsgər həyatıdır. Ona görə də, mövqedən geri çəkilmək heyətin məhv olmasından yaxşıdır”, - Sırski bildirib.

Xəbər xətti


Digər xəbərlər