İsrailin bu hücumu danışıqlara təsir etməməlidir - Miller

DÜNYA bölməsi

15:58 - 13 Fevral 2024

 İsrailin bu hücumu danışıqlara təsir etməməlidir - Miller

İsrailin Rəfaha hərbi hücumları müzakirələrə heç bir şəkildə təsir etməməlidir.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzza müharibəsinin dayandırılması və girovların azad edilməsi ilə bağlı danışarkən deyib.

O, son günlər İsrailin Rəfaha qurudan hücum ehtimalı ilə müharibənin dayandırılması və girovların azad edilməsi mövzusunda danışıqların dondurulması narahatlığını əsassız sayıb:

“İsrail davamlı hərbi kampaniya aparır, ona görə də yeni hücumların danışıqların mahiyyətini niyə dəyişdirməli olduğunu anlamıram”.

Xəbər xətti


Digər xəbərlər