Tacikistanı tərk edənlərin sayı azalır - Statistika

DÜNYA bölməsi

14:54 - 13 Fevral 2024

 Tacikistanı tərk edənlərin sayı azalır - Statistika

2023-cü ildə işləmək üçün Tacikistanı 652 014 nəfər tərk edib. Bu da 2022-ci illə müqayisədə 16% azdır.

Yenipress.az xəbər verir ki, bu barədə Tacikistanın Əmək, Miqrasiya və Məşğulluq Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən il 554 804 kişi (ötən ilə nisbətən 15 faiz az) və 97 210 qadın (ötən illə müqayisədə 20 faiz az) ölkəni tərk edib.

“Ölkədən gedənlərin 627 028 nəfəri Rusiya, 18 418 nəfəri Qazaxıstan və 6568 nəfəri də digər ölkələrdədir. 2023-cü ildə ölkəyə qayıdanların sayı 590 710 nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 7 faiz çoxdur”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 2023-cü ilin dekabr ayının sonuna Tacikistanda rəsmi qeydiyyatda olan işsizlərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7% az olmaqla 48,3 min nəfər təşkil edib.

Xəbər xətti


Digər xəbərlər