Güneyli xanım məhbusu ruhi xəstəxanaya köçürmək istəyirlər

DÜNYA bölməsi

14:48 - 13 Fevral 2024

 Güneyli xanım məhbusu ruhi xəstəxanaya köçürmək istəyirlər

Hazırda Təbriz həbsxanasında saxlanılan və 18 gündür aclıq aksiyası keçirən siyasi məhbus və tələbə hərəkatı fəalı Armita Paviri psixiatrik mərkəzə köçürməyə çalışırlar.

Yenipress.az xəbər verir ki, bu barədə təbrizli vəkil Qasım Bodi məlumat yayıb.

“Armita Pavirə dəstək üçün başqa məhbus qadınların da aclıq aksiyasına qoşulduqlarına görə həbsxana rəhbərliyi tələbə hərəkatı fəalını “Razi” ruhi xəstəxanaya köçürmək niyyətindədirlər”, - vəkil xəbərdarlıq edib.

Qeyd edək ki, etiraz aksiyalarına qoşulduğu üçün ilk dəfə 31 oktyabr 2022-ci ildə həbs edilən Təbriz Universitetinin tələbəsi son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb və 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Xəbər xətti